Samsung rəsmən yeni “Gear 2” və “Gear 2 Neo” saatlarını təqdim etdi. “Gear 2” və “Gear 2 Neo” 1 – GHz tezlik ilə iki nüvəli prosessor, super AMOLED ekran, 4 GB daxili və 512 MB RAM, 300 mAh batareya gücü (2-3 gün çalışma imkanı) və 2 MP kamera ilə (yalnız Gear 2) təciz edilib.
Hər iki model su və tozdan qorunur. Samsung fitness funksionallığı üzərində çalışıb və cihazlara addım ölçən və ürək döyüntüsünü ölçmək imkanını əlavə edib. Cihazda Bluetooth vasitəsilə zəng etmək mümkündür.
Eləcədə ekran bildirişləri, hava proqnozu göstərən proqram ilə də təciz edilib. Əlavə olaraq kalkulyator və ChatON yükləmək mümkündür. Saatın köməyi ilə TV - yə nəzarət etmək üçün IrLED quraşdırılıb. Gear 2 qara, qəhvəyi və narıncı rənglərdə istehsal olunub. Gear 2 Neo isə - qara, boz və narıncı rənglərdədir.




