Rekord məbləğə - 19 milyard dollara “Facebook”a satılan “WhatsApp” mobil messenceri 2014-cü ilin ikinci yarısında səsli servisi işə salmağa hazırlaşır. Bunu şirkətin həmsahibi və baş direktoru Yan Kum İspaniyanın Barselona şəhərində keçirilən Mobil konqresdə bildirib.
Onun sözlərinə görə, “Facebook”la sövdələşmədən sonra “WhatsApp”ın strategiyası dəyişməyəcək. “55 nəfərin çalışdığı şirkətin fəlsəfəsi bütün dünyada insanları birləşdirməkdir. Biz gördüyümüz işdə nəyi isə dəyişdirməyi planlaşdırmırıq” - deyə, Yan Kum bildirib. Öz servisini Facebook ilə yanaşı elektrik enerjisi kimi “fundamental əsas” adlandıran Yan Kum “WhatsApp”ın aylıq auditoriyasının 465 milyon nəfər olduğunu vurğulayıb.