Ağıllı telefonlarında “Windows” əməliyyat sistemini istifadə edən Nokia, ilk dəfə Android modellərini istehsal edib. Finlandiyanın mobil telefon istehsalçısı Nokia, Barselonada başlayan GSMA Mobil Konqresində Android əməliyyat sisteminin istifadə edildiyi modellərini təqdim edib.  


 


Nokia X, X+, XL adı ilə  təqdim edilən üç model şirkətin ilk Android modelləridir. Nokia, 2011-ci ildən bu yana ağıllı (smartfon) telefonlarında  "Microsoft"un "Windows" əməliyyat sistemindən istifadə edir.


 


“Microsoft”, Nokianı ötən il 7 milyard dollara satın almışdır. Təslimat işləri  hələ də davam edir. Nokianın Android telefonlarını GSMA Dünya Mobil Konqresində şirkətin İcraçı direktoru (CEO) Stefen Elop təqdim edib. Nokia X hər nə qədər Android əməliyyat sisteminə malik olsa da, “Microsoft”un xüsusiyyətlərindən faydalanmağa davam edəcəkdir. Nokia X-in 89 avrodan satışa çıxacağı və qısa zamanda bütün bazarlara dağıdılacağı bəyan edilib. Nokia X+ isə 99 avroya satılacaqdır. Nokia XL-in 5 düym ekrana malik olacağı açıqlanıb.