Fevral ayının 24-ü “Mobile World Congress” konfransında Sony 2014-ci ilin birinci yarısı üçün flaqman smartfonu təqdim etdi - Xperia Z2. Aparat gözlənildiyi kimi, onun sələfinin əsas dizayn xüsusiyyətlərini saxlayıb.
Toz və suya qarşı müdafiə standartları da öz yerində qalır. Bu cihazda şirkət əsas gücü audio sistemə yönəldib və sözlərinə görə mükəmməl bir şey alınıb.
“Sony Xperia Z2 “nin texniki göstəriciləri: 5,2 düyümlük TRILUMINOS ekran, dörd nüvəli çipset Snapdragon 801 (MSM8974AB) hər biri 2.3 GHz, RAM 3 GB, 16 GB ROM, G-lens optika ilə 20.7 meqapikselli kamera, 3200 mAh batareya gücü, eləcə də Android KitKat 4.4.2. Smartfon ölçüləri - 146,8 x 73,3 x 8,2 mm, çəkisi - 158 q.


