Viber Messencer Nokia şirkəti ilə əməkdaşlığa başlayıb. Pulsuz zəng imkanı yaradan proqramı indi "Nokia X" proqramlarında da istifadə etmək mümkün olacaq. Bunun sayəsində Nokia istifadəçiləri pulsuz mesajlar göndərə və pulsuz zənglər edə biləcəklər.
Bundan əlavə, “Viberin digər funksiyalarından da istifadə etmək mümkün olacaq. Nokia ilə əməkdaşlıq proqramdan bütün platformalarda, o cümlədən Windows Phone və S40-da istifadə etmək mümkün olacaq" – “Viber”in təsisçisi Talmon Marko bildirib. Nokia X istifadəçiləri yaxın zamanlarda bu proqramdan istifadə edə biləcəklər.