Kanadalı mobil telefon istehsalçısı BlackBerry 2014-cü ildə “Mobile World Congress” (Mobil Dünya Konqresində) konfransında yalnız bir deyil, iki yeni mobil telefon təqdim etdi.
CEO John Chenin "klassik" olaraq adlandırdığı BlackBerry Q20. BlackBerry Q20 3.5 düymlük ekrana sahibdir. Cihaz, yeni BES 12 sistemi ilə birlikdə 2014-cü ilin sonlarına doğru satışa təqdim olunacaq.
Jakarta, yəni BlackBerry Z3. Jakarta isə 5 düymlük bir BlackBerry Z3 olaraq qarşımıza çıxdı. Aprel ayında İndoneziyada bazara çıxarılacaq olan cihaz, daha sonra Cənub-Şərqi Asiyada satışa təqdim ediləcək. Cihaz tamamilə sensor ekrandan ibarətdir.