“Facebook” sosial şəbəkəsinin məşhur xidməti “Facebook Messenger”in Windows tətbiqi bağlanır. “Facebook Messenger”in Windows tətbiqindən  istifadə edənlər artıq bu tətbiqdən faydalana bilməyəcək. 


 


Bu gün, yəni Mart ayının 3-ü tarixində bağlanılacaq olan tətbiqlə birlikdə artıq istifadəçilər əlaqə yaratmaq istədikləri şəxslərlə web skanerlərini istifadə edərək söhbət edə biləcək.


 


 “Facebook”un tətbiqi nə səbəbə görə bağladığı isə bilinmir. Ancaq “Whatsapp”ın alışı ilə birlikdə “Facebook” sosial şəbəkəsinin belə bir addım atması şirkətin yaxın gələcəkdə “Whatsapp”ı önə çıxaracağını göstərir.