Prosper Cartoon Studio şirkəti təsvir çəkmək və animasiya üzrə seminarların 4-cü sessiyası üçün qəbul elan edir. Əvvəlki kimi, seminarlarda təcrübəli rəssamlar, bu fəaliyyətə yeni başlayanlar, eləcə də özünü bu istiqamətdə sınamaq istəyən bütün şəxslər iştirak edə bilərlər.


 


Xatırladırıq ki, üç seminar artıq keçirilmişdir və  iştirakçılar təsvir çəkmək və animasiya sahəsində çoxlu dəyərli məlumatın sahibi olmuşdur. Maraqlanan şəxslər Prosper Cartoon Studio şirkətinə  elektron poçt və ya telefon zəngi ilə gün ərzində iş vaxtı müraciət edə bilərlər.


 


Əvvəllərdə də olduğu kimi seminar 2D animasiyanın istifadə olunması ilə hazırlanan  animasiya çarxlarının, mobil  oyunlar sahəsində böyük təcrübəyə malik olan Prosper Cartoon Studio əməkdaşları tərəfindən keçiriləcək. Təlimin nəzəri hissəsindən başqa təcrübədə tətbiq ediləcək ustalıq dərsləri biliklərinin keçirilməsi də nəzərdə tutulub.


 


Seminar başa çatdıqda hər bir iştirakçı xüsusi sertifikat alacaq, bu da onlara gələcəkdə müstəqil şəkildə kommersiya layihələrində iştirak etmək imkanı verəcək. Seminar zamanı ən məsuliyyətli və qabiliyyətli iştirakçılar  işləmək üçün “Prosper Cartoon Studio” şirkətinə dəvət olunurlar. Seminarda iştirak etmək üçün qiymət dəyişməz olaraq qalır, yəni iştirakçılar pul ödənişi əvəzinə öz  motivasiyasından və səyindən istifadə edirlər. Seminar 20 nəfər üçün nəzərdə tutulub.


 


Seminara qəbul seçim əsasında həyata keçirilir. İştirakçılar öz işlərini (2 şəkil) və əlaqə nömrələri ilə birlikdə hello@cartoon.az ünvanına göndərməlidir. Seminarda iştirak üçün son müraciət tarixi: 02.03.2014 Seminar ilə əlaqəli daha detallı məlumat almaq üçün (051) 510 0517 telefonuna zəng edə bilər, eyni zamanda www.cartoon.az internet səhifəsinə və ya şirkətin  Facebook səhifəsinə www.facebook.com/ProsperCartoonStudiobaxa bilərsiniz.