“Google axtarış” sisteminin növbəti faydalı funksiyası test rejimində işə salınıb. Yeni funksiya müvafiq sorğular üzrə yemək və məhsulların qiymətini göstərməklə konkret restoranların menyusunu istifadəçilərə təqdim edəcək.
Hazırda bu funksiya yalnız ABŞ sakinləri üçün əlçatandır. Axtarış sistemi ölkənin bütün restoranlarının menyusu ilə tanış olmasa da, onun məlumat bazası daim yenilənir. İstehsalçılar vurğulayırlar ki, bu funksiya müəyyən vəziyyətlərdə olduqca faydalı ola bilər.
Belə ki, istifadəçi “Google” axtarış sisteminin köməyi ilə hansı restorana gedəcəyini dəqiqləşdirərək, qabaqcadan onun menyusu ilə tanış ola və oradakı mətbəxin xoşuna gəlib - gəlmədiyini müəyyən edə biləcək.