“Facebook” sosial şəbəkəsi günəş enerjisi ilə işləyən pilotsuz təyyarə istehsalçısı “Titan Aerospace” şirkətini almaq üçün danışıqlar aparır. Bu şirkətin istehsal etdiyi suborbital aparatların özünəməxsusluğu ondadır ki, bunlar yerə düşmədən 5 ilədək havada qala bilir.


 


Sazişin məbləğinin 60 milyon dollar həcmində olması təxmin edilir. “Facebook”un bundan dünyanın internetə çıxışı az olan bölgələrinə o cümlədən Afrikada internetə çıxış imkanlarını təmin etməkdə istifadə edəcəyi güman edilir.


 


Belə ki, “Facebook” şirkəti “Titan Aerospace” texnologiyalarından “Internet.org” layihəsi çərçivəsində istifadəni planlaşdırır. Fondun məqsədi isə 5 milyard insanın əsasən də kasıb Afrika ölkələrinin əhalisinin internetə çıxışını təmin etməkdir.