Çinin mobil telefon istehsalçısı Oppo "Find 7" modeli ilə bütün texnologiya aləmində səs doğurub. Smartfon istehsalçıların meqapiksel yarışına OPPO da qoşulub. Belə ki, şirkət 50 MP dəyərində olan "Find 7" modelini təqdim etməyə hazırlaşır.
Ötən il Nokia "Lumia 1020" modeli 41 meqapiksel kamerası ilə zirvədə idi, "Oppo"nun 50 MP-lik istehsalından sonra bu il şirkətlər arasında rəqabətin artacağı gözlənilir. Şirkət "Find 7" modelini martın 19-da təqdim edəcək. Smartfonun kamerasının ən az 50MP dəyərindədir.