WhatsApp messenceri Android əməliyyat sistemi üçün məxfilik tənzimləmələrini yeniləyib. Yenilənmə WhatsApp-da istifadəçinin göndərə biləcəyi məlumat tarixçəsinin həcmi artırılıb. Həmçinin şəkilin ötürülməsini sürətləndirməkdən ötrü kamera üçün qovluq əlavə olunub.


 


Nəhayət proqramın “Google Play”dəki səhifəsində bildirilir ki, WhatsApp vidcetinin əsas ekranında oxunmamış məktublar göstərilə bilər. Ən nəzərəçarpan yenilik isə ondan ibarətdir ki, indi istifadəçilər bu proqramdan yararlanan öz dostları üçün WhatsApp-a abunə haqqını ödəyə bilərlər.