Nokia-nın ilk Android əməliyyat sistemli telefonu olan “Nokia X” daha satışa çıxmadan dörd gündə 1 milyon ədəd sifariş aldı. Çinlilər Nokianın yeni telefonuna böyük maraq göstərdi.


 


Mobil telefonun 25 Mart tarixində satışa çıxması gözlənilir. Nokianın ilk dəfə Android əməliyyat sistemini istifadə etdiyi “Nokia X” yalnız 4 günlük sifariş müddətində 1 milyon ədəd satmağı bacardı.


 


Türkiyədə 500 TL-yə satışa təqdim edilməsi gözlənilən “Nokia X”ın xüsusiyyətlərinə gəlincə isə mobil telefon 4 düymlük ekrana sahibdir. MicroSD kart yuvası ilə ümumi yaddaşı artırılabilən cihazın arxa hissəsində isə 3 megapiksel daxili kamerası var.