Microsoft-un qurucusu Bill Gates, “Facebook”un “WhatsApp” üçün ödədiyi 19 milyard dolların çox oldğunu söyləyib. Məşhur mesajlaşma proqramı “WhatsApp”ın Facebook tərəfindən satın alınmasına “Microsoft”un qurucusu Bill Gates münasibətini bildirib.
“Facebook”un qurucusu Mark Zuckerberg ilə bir çox ortaq nöqtələrinin olduğunu qeyd edən Gates, “Bu satınalma, Markın “Mən heç bir gəlir modeli olmayan bir şirkətə 19 milyard dollar xərcləmək istəyirəm” deyə bilmə gücünə malik olduğunu göstərir” deyib.
Gates sözlərinə davam edərək “Ancaq qiymət məncə çox yüksəkdir” deyib. “Microsoft”un da əgər əlinə şans keçsəydi “WhatsApp”ı almaqla maraqlanacaqlarını söyləyən Gates, yenə də Zuckerbergin 19 milyard dollarlıq təklifini keçməmiş olacaqlarını deyib.