WhatsApp şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: VoIP zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib. Şəkildə çağırış idarəetmə düymələri görünür.
Tətbiqin yeni versiyasının dizaynı iOS 7.1 platformasının yeni dizaynına çox oxşardır. WhatsApp populyar ödənişsiz messencerdir və onun auditoriyası 450 milyondan çoxdur. Tətbiq iPhone, Android, Windows Phone, BlackBerry, Nokia S40 və Symbian üçün əlçatandır.
İstifadəçilər mətn mesajlarından başqa, fotoşəkil və videofaylları göndərə bilərlər. 2013-cü ilin avqustunda əvvəlcədən yazılmış səs mesajlarının göndərilməsi funksiyası istifadəyə verilib.