Kanadalı ağıllı telefon istehsalçısı BlackBerry, 120 işçisini işdən azad etdiyini açıqladı. Şirkətdən gələn yazılı şərhdə, “BlackBerry”nin məhsul inkişaf etdirmə və simsiz texnologiyası komandası üzrə 120 işçinin, daha əvvəl alınan və bu il May ayına qədər tamamlanması planlanan personal azalma qərarı çərçivəsində işdən çıxarıldıqları bildirildi.


 


"BlackBerry, yenidən gəlirlilik və məcburi əməliyyat hədəflərini qaytarmaq üçün qaynaqlarını optimizə etmək adına çətin bir iş icra edir" ifadəsinə yer verilən şərhdə, çıxarılan işçilərin bəzilərinin ABŞ, böyük hissəsinin isə Waterloo şəhərindəki 2 nömrəli binada vəzifələrini yerinə yetirən qrup olduğu qeyd edildi. “BlackBerry” tərəfindən 2013-cü ilin Sentyabr ayında edilən şərhdə, personalın 40 % nisbətində azaldılacağı bildirilmişdi. Şirkət, Texasdakı mərkəz binası başda olmaq üzrə bir çox daşınmaz əmlakını da satışa çıxarmışdı.