"Google" bir neçə gün əvvəl ağıllı saatlar üçün hazırladığı xüsusi bir əməliyyat sistemini tanıtdıqdan sonra Motorola da “Moto 360” adlı ağıllı saat modelini tanıtdı.


 


Android əməliyyat sistemiylə işləyəcək olan Motorolanın ağıllı saatı kvadrat olaraq hazırlanan modellərin əksinə yumru bir dizayna sahibdir. "Motorola"nın ağıllı saatı yan tərəfdə olan düyməsinə toxunulduğu zaman işləyəcəkdir.


 


Cihazı səsli əmr sistemiylə də idarə etmək mümkün olacaq. Yaz aylarında ABŞ-da satışa təqdim olunması gözlənilən saatın qiyməti isə hələ açıqlanmayıb. Xatırladaq ki, "Google" şirkəti “Motorola”nı 12.5 milyard dollara satın almışdı.