Coco-Cola keçən il ABŞ-da başlatdığı “Ahh Effect” adlı layihəni davam etdirir. Marka nəinki “Coco-Cola”nı içən zaman hətta onun şüşəsini açdıqda belə insanların bundan zövq aldığını nümayiş etdirən reklam çarxı təqdim edib.



Bu il şirkət və Wieden + Kennedy Portland agentliyi ilə birlikdə ötən ilin uğuruna əsaslanaraq yeni layihə hazırladı. Reklam çarxı MTV, MTV2 və Adult Swim məşhur gənc kanallarında təqdim olundu.



Fanlar Aprel ayının 10-dək AHH.com saytına “Coco-Cola”nın hər bir damlasından zövq alan xüsusi məzmunlu reklam çarxı hazırlayıb təqdim edə bilərlər. Ən yaxşı iş yeni reklam çarxında nümayiş olunacaq.