“Microsoft”, “Office” proqramının  “iPad”lər üçün də istifadə edilə bilən versiyasını təqdim edib. Apple-ın elektron mağazası “AppStore”lardan endirilə biləcək “Office” paketinin içərisində “Word”, “PowerPoint” və “Excel” proqramları yer alır.


 


Proqramı ödənişsiz olaraq endirmək mümkündür. Mütəxəssislər, “iPad” üçün yaradılan “Office” proqramının “Microsoft”un son illərdəki ən müvəffəqiyyətli məhsulu olaraq göstərirlər.


 


“Microsoft” şirkəti uzun bir müddət idi  “iPad” üçün “Office” proqramını hazırlamağı təxirə salırdı və öz tablet “Surface” üçün bir üstünlükdən istifadə etmək istəyirdi. Ancaq “Surface” tabletlər gözlənilən müvəffəqiyyətə imza ata bilmədiyi üçün proqramı hazırlamaq  məcburiyyətində qaldı. “iPad” üçün “Office” proqramını “Microsoft”un yeni CEO-su Sata Nadella tanıtdı. Mütəxəssislər, Nadella ilə birlikdə şirkətin öz məhsullarını qorumaq yerinə qazanc əldə edə biləcəyi sahələrdə strateji addımlar atmağa başlayacağına işarə edir.