Yeni HTC One (M8) qabaqcıl dizayn və ən son HTC Sense 6 intefeysini özündə cəmləşdirir, fotoqrafa HTC Duo Camera kamerası kimi güclü bir aləti təqdim edir və Motion Launch intuitiv funksiyalar dəstilə gündəlik imkanların istifadəsini asanlaşdırır.


 


İnnovasiya texnologiyaları və mobil cihazların dizaynı sahəsində dünya lideri olan HTC şirkəti əfsanəvi və bir çox mükafatlara layiq görülmüş HTC One (М7) smartfonunun davamçısına çevrilən yeni HTC One (M8) smartfonunu təqdim edir.


 


Tamamilə yeni HTC Sense 6 interfeysli tünd-göy metalik rəngli HTC One (М8) yüksək keyfiyyətli alümin korpusu ilə fərqlənir, Smart Sensor Hub intellektual sensorlar dəsti və Motion Launch intuitiv funksiyalar toplusu ilə təchiz edilmişdir. İnnovativ Duo Camera kamerası mükəmməl effektli peşəkar səviyyəli şəkilləri çəkmək imkanını verir, HTC BoomSound isə musiqi və digər əyləncə sevənlərə əla səs bəxş edir.


 


 "2013-cü ildə dünya bazarında ən yaxşı smartfonlardan birini təqdim edən HTC şirkəti bununla kifayətlənmək fikrində deyildi. Daim yeni mobil innovasiyalar üzərində çalışmaqla biz insanları təəccübləndirəcək yeni smartfonları işləyib hazırlamağa davam etdik. Bu gün mən fəxrlə yeni çoxfunksional və intuitiv səviyyədə anlaşıla bilən, öz sahəsində yeni standartları müəyyənləşdirən HTC One (M8) smartfonunu təqdim edirəm", deyə HTC-nin baş direktoru Piter Çou qeyd edir.


 


Xarici görünüşdən şah əsəri, daxildən isə mükəmməlik


 


HTC One (M8) smartfonunun dizaynı çox təsirlidir. Tamamilə alümindən hazırlanmış yüksək keyfiyyətli korpus rəvan şəkildə 5-düymlü Full HD (1080p) ekranına keçir. Ensiz kənarları və korpusun hamar xəttləri sayəsində sözügedən zərif smartfon əldə çox yaxşı yatır. Dəbli dizayndan başqa 2.3 GHz tezlikli Qualcomm Snapdragon 801 dörd-nüvəli prosessor,  4G LTE şəbəkəsinin inteqrasiya edilmiş dəstək və Android əməliyyat sisteminin ən son versiyası olan Android 4.4 KitKat ilə təchiz edilmiş HTC One (M8) smartfonu yığcam dəbli HTC Sense 6 interfeysinə malikdir. Google Play Store-dan yüklənilə biləcək yeni interfeys parlaq rəng çalarlarılə fərqlənir və istifadəçinin smartfonla daha sıx əlaqəsini təmin edir.


 


İnanılmaz effektlər və xoş rənglər



 


HTC One (M8) smartfonu təsvirin ötürülməsində tamamilə yeni bir istiqamət açır. Smartfon inqilabi HTC UltraPixel modullu Duo Camera kamerası, ikili çoxrəngli işartı və Full HD (1080p) formatında video çəkiliş imkanı lə təchiz edilmişdir. Az işıqlı yerlərdə belə sözügedən smartfon mükəmməl şəkil və təsirli videoçarxları çəkməyə imkan verəcək. "Selfi" janrında şəkil çəkməyi sevənlər isə genişbucaqlı 5-meqapiksellik ön kameranın üstünlüklərdinən bəhrələnə biləcək.



 


HTC UltraPixel texnologiyasından başqa yeni Duo Camera həmçinin səhnənin dərinlik sensoruna malikdir. Həmin sensorun yardımılə smartfon kadra düşən obyektlərə olan məsafə haqqında məlumat əldə edə bilir. Artıq şəkildən çəkildikdən sonra Ufocus effekti təsvirin fokusunu dəyişməklə onu asanlıqla peşəkar səviyyəli portretə çevirməyə yardım edir. Foregrounder aləti kadrda olan ayrı-ayrı obyektlər üzərində mükəmməl nəzarət verir və şəkilin fonunu dəyişməyə imkan verir.


 


Seasons animasiya effektləri şəkillərə keyf qatır. Copy&Paste funksiyası dost və tanışlarınızın təsvirlərini digər şəkillərin üzərinə daşımağa imkan verir, Dimension Plus isə smartfonun sadəcə əyilməsilə şəkilləri başqa bucaqdan göstərməyə imkan verir. Bundan əlavə, smartfon  Image match intellektual axtarış funksiyasına malikdir. Həmin funksiya şəkillərdə olan müəyyən bir obyekti intuitiv olaraq tanıyır və onları vahid alboma daşıyır. HTC One (M8) smartfonunun inqilabi kamerası onu işə saldıqdan dərhal sonra şəkil çəkməklə artıq "kulis arxasında" çalışır.


 


Avtofokus 300 millisaniyə sürətində işə düşür ki, bu da ən sürətli hərəkəti belə qaçırmamağa imkan verir. Əlavə işığa zərurət yarandıqda intellektual ikili LED-işartı  avtomatik olaraq lazımi tonu və parlaqlığı seçir. Və nəhayət HTC One (M8)  kamerası həmçinin yavaşıdılmış çəkiliş funksiyasına malikdir. Həmin funksiya yavaşıdılmış rejimdə nəinki vahid videoçarxın, həm də onun ayrı-ayrı fraqmentlərini yavaşlatmağa imkan verir.


 


Video üçün "bulud"da Zoe


 


2014-cü ildə Zoe "bulud"da təkamül edi və yaradıcı səylərinizi dost və yaxınlarınızla əla videonun yaradılmasında asanlıqla birləşdirməyə imkan verir. Hazırda siz nəinki öz Zoe videolarınızı yükləyə bilrəsiniz, həm də dostlarınızı öz kontentlərini (şəkillər, videolar və sevimli musiqilər) şəbəkənizdə bölüşməyə dəvət edə bilərsiniz. Zoe proqramı Google Play-da artıq yayda olacaq.


 


Motion Launch – rahat və intuitiv idarəetmə


 


Yeni nəsl HTC Sense 6 interfeysinin təqdim edilməsilə HTC One (M8) qeyri-adi imkanlar əldə etdi. Məsələn, Motion Launch funksiyası hərəkət və yaxınlaşma sensorlarından aldığı məlumatlar sayəsində ətraf mühiti ani olaraq tanıyır. Bu, istifadəçiyə əsas ekranın yandırmadan smartfonla əks əlaqə yaratmağa imkan verir. Cihazın aktivləşdirilməsi üçün barmağınızı sadəcə ekranın üzərində sürüşdürün. Avtocavab funskiyası zənglərə təbii jestlə, yəni smartfonu qulağınıza yaxınlaşdırmaqla cavab verməyə imkan verir. Bu zaman ekranla əlavə hərəkət etməyə ehtiyac yoxdur. Smartfonun blokda olduğu zaman kameranın tez işə düşməsi üçün səs düymələrindən birini sıxmaq və cihazı üfuqi vəziyyətə gətirmək kifayətdir


 


HTC Dot View – yalnız dəbli müdafiə deyil


 


Qeyri-adi smartfonun onun premium dizaynına cavab verən, həm də yeni praktik imkanlar təmin edən çexolu olmalıdır. Yeni HTC Dot View - yeni HTC One (M8) üçün sadəcə baxımlı bir müdafiə deyil. Bu, HTC Sense 6 interfeysinin funksionalını genişləndirən əsl intellektual aksesuardır. Üst qabığın xüsusi örtüyü ən vacib xəbərləri zərif ikonlar şəklində əks etdirir. Üst örtüyə iki dəfə toxunuş Motion Launch işə salır və vaxtı və ya hava prqonozunu öyrənməyə, yeni ismarıclar, elektron məktublar və ya zənglər  haqqında xəbər bilməyə imkan verir - bütün bunları siz HTC Dot View çexolunu açmadan öyrənə bilərsiniz.


 


Extreme Power Saving Mode – əlavə xərcsiz əlavə iş müddəti


 


HTC One (M8) smartfonunda bir bir daha enerji səmərəliliyinə olan yanaşmamıza yenidən baxdıq. Orijinal HTC One (M7) smartfonunu buraxan zaman HTC şirkəti enerji sərfiyyatını istifadəçilərin öz smartfonlarınını tam keyfni çıxarda bilməsi üçün optimallaşdırmışdıq. HTC One (M8) bu təcrübəni yeni səviyyəyə çıxarır, çunki onun akkumulyatoru 40% daha çox işləyə bilir. Standart enerji sərfiyyatı parametrlərdən savayı biz xüsusi Extreme Power Saving Mode rejimini də əlavə etdik. Belə ki, tam doldurulduqdan sonra cihaz 14 günə qədər işləyə bilər (zənglərə, SMS-llərə və elektron məktublara cavab vermək şərtilə) - uzunmüddətli səfər üçün əla bir həlldir. Extreme Power Saving Mode həm avtomatik həm də əl ilə işə salına bilər. O, akkumulyatorun 20%-lıq həcmi ilə gözləmə rejimində 60 saatadək, 10% həcm ilə - 30 saatadək və 5% həcm ilə - 15 saatadək işləyə bilər.


 


HTC BoomSound ilə daha çox səs


 


HTC One (M8) səs keyfiyyətini yeni yüksəkliklərə qaldırır. Ən son HTC BoomSound texnologiyası güclü və təmiz səsi təmin edir. HTC One (M8) smartfonu xüsusi audioprofilin idarəsilə çalışan təkmilləşdirilmiş ön stereodinamiklərlə təchiz edilir. Nəticədə cihaz öz sələfindən 25% daha gur səslənir.


 


HTC BlinkFeed – əsas ekranda canlı xəbər axını



 


HTC BlinkFeed funksiyası daha da intuitiv oldu. Xəbərlərin yeni nümayiş üsullarını əlavə etdik; artıq məlumatları daha da rahat şəkildə izləyə bilərsiniz. Bütün kontent lakonik, oxuma üçün sadə bir formatda əks olunur. HTC BlinkFeed həmçinin müxtəlif sosial şəbəklərdəki maraqlarınaza əsasən avtomatik kökləmə imkanını əldə etmişdir. Tərəfdaşlara öz kontentlərini inteqrasiya etməyə imkan verən yeni SDK-nın (proqram təminatının hazırlanması üçün dəst) işə düşməsindən sonra yeni media-resursların axtarışı və onlara abunə olmaq daha da asanlaşdı. İdman, kino və şoppinq - HTC BlinkFeed ilə bütün aktual xəbərlər istənilən maraqlara uyğun olacaq. News Bundles funksiyası 1000-dən çox mənbələrdən məlumatları işləyir və bir mövzuya aid bütün məqalə və tvitləri bir yerə toplayır. Bəlkə də yeni məlumat almaq üçün bundan asan və sürətli yol yoxdur.



 


Ağıllı idman



 


Yeni HTC One (M8) smartfonu əvvəlcədən quraşdırılmış "Fitbit® app" proqramı ilə fəal həyat tərzi sürməyə və fitnes ilə məşğul olmaq üçün yeni motivasiya almağa yardım edəcək. Proqramın imkanları Smart Sensor Hub intellektual sensorlar dəstilə işləmək üçün optimallaşdırılmışdır. Smartfonun  "Fitbit® app" proqramının trekerlərindən birisi ilə istifadə zamanı yuxu monitorinqi və "ağıllı zəngli saat" kimi qabaqcıl funksiyalara giriş əldə etmək mümkün olacaq. Əlbəttə, cari məsələlər və nailiyyətlər haqqında məlumatlar HTC BlinkFeed əsas ekranında göstəriləcək. Fitbit® app - idman məşğələləri üçün Google Play Store-dan ən çox yüklənilən mobil proqramlardandır. 


 


HTC Sense TV


 


HTC Sense TV funksiyası HTC One (M8) smartfonunu intellektual telebələdçiyə və, demək olar, bütün televizorlar, kabel qəbulediciləri və ya ev kinoteatrı üçün uyğun olan distant pulta çevirir. HTC Sense TV funksiyası sevdiyiniz televeriliş və ya filmin axtarışını asanılaşdırır və intuitiv cəhətdən onu aydın edir, həmçinin hazırda efirdə olan verilişlər haqqında məlumat da verir. İnteqrasiya edilmiş Facebook və Twitter vasitəsilə sizə proqramların müzakirələrini canlı olaraq izləməyə, həmçinin sosial şəbəklərdəki son şərhləri oxumağa imkan verir. HTC Sense TV real zaman rejimində dünyanın 10 ən məşhur idman növləri üzrə statistikaları almağa imkan verir - fanatlar son nəticləri, oyun statistikalarını və oyunlar haqda yenilikləri görə bilirlər. HTC One (M8) smartfonu Azərbaycanda satışa tünd-göy metalik və açıq gümüş rəngində aprel ayında çıxarılacaq.