Sony şirkəti, bir neçə il davam edən inkişaf mərhələsindən sonra, yenilikçi cihaz təqdim etdi. Bu cihaz “E Ink” adlı elektron kağızdır. Cihaz sənədlərlə işləməyin yolunu dəyişdirmək üçün nəzərdə tutulmuşdur.


 


Bununla da hüquqşünaslıq, təhsil və müəssisə sahəsində işçilərin işini sadələşdirmək mümkün olacaq. Cihaz mətn sənədlərini yaddaşda saxlamaq və oxumaq, əlyazma və qeydlər aparmaq, onları simsiz şəbəkə yolu ilə ötürmək və bəzi digər funksiyaları yerinə yetirmək imkanına sahibdir.


 


Sony şirkəti, bu cihazı tablet üçün ideal tamamlayıcı kimi təqdim edir və əsasən ayrılan davamlılıq, daşıma və istifadə rahatlığını qeyd edir. Elektron kağız təxminən 1100 ABŞ dolları dəyərindədir. Cihaz bu ilin May ayında satışa çıxacaq. Ağıllı “E Ink” kağızı 1200 x 1600 piksel ölçüyə, daxili Wi-Fi modula sahibdir. Elektron kağız Word, Excel, PowerPoint fayllarını oxuya bilir, eləcədə onları “PDF”yə çevirə bilir.