Artıq neçənci dəfədir ki, Apple brendi ABŞ-da ən bahalı marka kimi qeydə alınır. Şirkət Şimali Amerika qitəsində 500 ən bahalı brend siyahısının lideridir və 104.7 milyard ABŞ dolları dəyərindədir. Bu dəyər indiki reallıqla müqayisədə kosmik proqram “Apollo” dəyərindən artıqdır.
Böyük fərqlə siyahıda “Apple”dan sonra "Google" və Microsoft yerləşir. Müvafiq olaraq 68,6 milyard ABŞ dolları və 62,8 milyard ABŞ dolları. Fəxri onluqda mobil operatorlar "AT & T" və "Verizon" da var.
