H & M Aprel ayının 10-da "Conscious" və "Conscious Exclusive" adlı yeni kolleksiya təqdim edəcək. Layihə Ever Manifesto dizayner studiyası ilə birlikdə hazırlanıb.



“Ever Manifesto” model və aktrisa “Amber Valletta”ilə birlikdə reklam kampaniyasında iştirak edəcək. Conscious Exclusive təmiz dəri və ipək kimi yüksək keyfiyyətli məhsullardan hazırlanan məhdud sayda geyim kolleksiyasıdır.



Geyimlər bütün dünyada 150 H&M mağazalarında online şəkildə satışa təqdim olunacaq. Bir müddət əvvəl Amber Valletta alıcılar üçün Master & Muse adlı internet saytı yaratdı. Kolleksiyanın geyimləri yoox.com internet saytı vasitəsi ilə satılacaq.