Facebook sosial şəbəkəsi Aprel ayının 30-da reallaşacaq F8 konfransı ilə əlaqədar məlumatları açıqladı. “Mark Zuckerberg”in açılış nitqini edəcəyi konfrans Facebook mühəndisləri və məhsul idarəçilərinin önündə reallaşacaq. Bu konfrans 20 iclas ilə davam edəcək.


 


Əhəmiyyətli iclaslardan bəziləri isə belədir:


 


Facebook miqyasına uyğun, etibarlı, yüksək performanslı web təcrübələri meydana gətirməyə istiqamətli ipuclarını tapmaq;



Facebookun PHP runtime layihəsi “HHVM”lə əlaqədar ən son məlumatlar və şirkətin yeni proqramlaşdırma dili “Hack”la əlaqədar məlumatlandırma;


İnsanları mobil platformalardan istifadəyə təşviq etmək üçün istiqamətli strategiyalar;


Doğru insanların marağını çəkmək istiqamətində mobil reklamlar, bildiriş xüsusiyyəti və ictimai paylaşımın necə istifadə edilməsinə dair məlumatlandırma;


 


Facebook, “F8”ə İnternet.org laboratoriyasını da gətirir. Son olaraq, “F8”in açılış nitqi və günün ikinci yarısından sonra reallaşacaq olan iclas bütün gün internet üzərindən canlı yayımla izlənilə biləcək.