Nokia Windows Phone 8.1 ilə çalışan yeni smartfonlar təqdim etdi. Lumia fonlar ailəsinə, üç yeni cihaz əlavə olundu: Lumia 930, Lumia 630 və Lumia 635. Nokia Lumia 930 ABŞ üçün hazırlanan “Lumia Icon”un beynəlxalq versiyasıdır.


 


Foto və video çəkməyi sevənlər üçün, cihaza 20 meqapikselli PureView kamera yerləşdirilib, eləcədə dörd nüvəli 2,2 GHz prosessor. “Windows Phone 8”də olan funksionallığı zəif hesab edənlər, Windows Phone 8.1 bəyənib qiymətləndirəcəklər. “Lumia 930” təxmini 599 ABŞ dolları dəyərində olacaq. Cihazın İyun ayında satışa çıxacağı planlaşdırılır.