Pepsi şirkəti Yaponiya və Cənubi Koreya bazarlarına “Pepsi Nex Zero” adlı yeni kalorisiz içki növü təqdim etdi. Bu təqdimatla bağlı şirkət yeni reklam çarxı hazırladı. Reklam çarxı məşhur Yapon nağılı “Momotaro oğlan” əsasında çəkilmişdir.
“Tugboat” agentliyi bu nağıla yeni bir fikir ilə yanaşdı. Reklam çarxında “Same Ol” musiqi qrupunun “Glorious Dead” albomundan olan “The Heavy” musiqisi istifadə olunmuşdur. Reklam çarxının sonunda “Forever Challenge” sözləri yazılır.
