Google şirkəti öz xidmətlərinin (Google Play və Google+) təşviqi üzərində işə davam edir. Bu dəfə online mağazanın yenilənməsi istifadəçilərə öz dostları tərəfindən istifadə edilən tətbiqləri asanlıqla tapmaq üçün yardım olacaq. Bunu etmək üçün, “Google Play”ə yeni bölmə - “People” əlavə olundu.


 


Burada dostlar tərəfindən yüksək qiymətləndirilmiş və ya Google+ vasitəsilə şərh yazılmış tətbiqlər, oyunlar, kitablar və digər məzmunlu kontent nümayiş olunacaq. Həmçinin bu kateqoriyada dostlarınız tərəfindən hansısa bir tətbiqi quraşdırarkən və istifadə edərkən problemin yaranıb və ya yaranmadığını örgənmək mümkündür.