Heineken şirkəti The Legendary Posters layihəsini həyata keçirtmək üçün “sərhədsiz jurnalistlər”W+K Amsterdam agentliyi ilə birləşdi. 40 məşhur yaradıcı insandan ibarət olan komanda markanın əsas mövzusuna həsr olunmuş afişalar hazırladılar.



Layihənin Tumblr səhifəsində bütün afişaları görmək mümkündür. Yaradıcılıq üçün bütün müəlliflərə eyni ağ kətan və kiçik yaşıl rəngli “Heineken” şüşə qabı verilmişdir. Hər bir rəssam şəxsi həyatından ilhamlanaraq öz əsərlərini yaratdı. Hal-hazırda bu əsərlər Amsterdamın müxtəlif yerlərində nümayiş olunur.