Sony şirkəti yeni layihə başladıb. Şirkət flaqman smartfonu olan “Xperia Z2”nin tam 51 ədədini öz istifadəçiləri ilə bölüşmək niyyətindədir. Bu mükafatı əldə etmək üçün, yalnız beş video izləyib və bir suala doğru cavab vermək kifayətdir.


 


Bütün dünya üzrə qalib olan şəxsə “Nyu-York”da beş ulduzlu hoteldə dörd gün gecələmə imkanı, eksklüziv şənlikdə “Michael Jackson”un yeni albomunu dinləmək imkanı, Müasir İncəsənət Muzeyinə VIP-tur, vertolyot vasitəsi ilə gəzinti, “Sony Xperia Z2” mobil telefonu, “Sony Xperia Tablet Z2” və “Sony SmartBand SWR 10” hədiyyə olaraq veriləcək. 


 


İkinci yerin sahibi olacaq iyirmi iştirakçının hər biri “Xperia Z2”, “Xperia Tablet Z2” və “SmartBand SWR 10” qazanacaq. Daha otuz qalib yalnız “Xperia Z2” hədiyyə alacaq. İştirak etmək üçün bu linkə keçin.