"HTC"nin tədqiqatına əsasən, smartfon vasitəsilə hər bir istifadəçi dünya xəbərlərinə sürətli və asan giriş əldə edir. İnnovasiya texnologiyaları və mobil cihazların dizaynı sahəsində dünya lideri olan HTC şirkətinin apardığı yeni beynəlxalq tədqiqat cəmiyyətin informasiya inkişafı dövrünün artıq yaxınlaşdığını göstərdi.
Sorğu on min Avstraliya, Fransa, Almaniya, Rusiya, Sinqapur, Tayvan, Böyük Britaniya və ABŞ sakinləri arasında aparıldı.
Xəbərlər zəruridir
Sorğuda iştirak etmiş on min respondentin 42%-i etiraf etdilər ki, onlar xəbərləri səhər-səhər yuxudan ayıldıqdan bir saat ərzində oxuyur; üçdə bir hissəsi isə (38%) əksinə xəbərləri yatmazdan bir saat əvvəl oxuyur.
“Mən xəbərləri hər gün öz smartfonumda izləyirəm. Onlar indi mənə daha maraqlı gəlir, çünku mən artıq onları asanlıqla əldə edə bilirəm, getdiyim yerdən asılı olmayaraq istənilən vaxt istənilən yerdə”, deyə 22-yaşlı Avstraliyalı bir xanım qeyd edir. Xəbərlərə daha sürətli giriş məlumatların onlayn şəkildə yayılma faizini olduqca azaltmışdır.
Yalnız hər səkkizinci istifadəçi (13%) xəbərləri sosial şəbəkələrdə bölüşür və yalnız 14% onları “layk” edir. İnsanlar tez-tez sosial şəbəkələrdə səhiyyə haqqında məlumatlarla (9%) və ya şou-biznesə aid materiallarla (4%) müqayisədə daha az əlçatan hesab edilən lokal xəbərləri oxuyur (30%). İstifadəçilərin fikrinə görə bu cür kontentləri daha rahat şəkildə tapmaq olur.
Xəbərlərin gələcəyi
İstifadəçilər hər gün yeni material oxuyur. Bununla belə insanlar məlumatların ənənəvi verilmə üsulu ilə sosial şəbəkələrdəki yazıları daha az ayırmağa başlayıblar. Xəbər mənbədən daha vacibdir - respondentlərin yarısından çoxunu (55%) xəbərin mənbəsi deyil məhz xəbərin özü maraqlandırır. Nəsllər arasındakı müxtəliflik - 55-dən çox yaşı olan insanların 50% ənənəvi xəbər mənbələrinə sadiq qalır, 25-dən az yaşı olan insanlar arasında isə bu rəqəm 34% təşkil edir. Xəbərlər sosiallaşır - 25-dən az yaşı olan respondentlərin təxminən yarısı (45%) tədricən "ənənəvi" xəbərlər və sosial şəbəkələrdə olan yazılar arasında daha az fərq görür.
Kontent mənbələrinin seçilməsi və məlumatlı olmaq tələbatı arasındakı şərti əlaqə artıq bu gün gələcəkdə insanları maraqlandıra biləcək mövzulara öz təsirini göstərir. Xəbərlər daha sosial və fərdi maraqlara istiqamətlənən olacaqlar. Bu cür məlumat digər kontentlə birgə təqdim ediləcək - hava haqqında məlumat, təqvimdən xəbərdarlıqlar və ya sosial şəbəkələrdə statusun yenilənməsi. HTC BlinkFeed funksiyası, FacebookPaper tətbiq etmələrinin və digər proqramların məşhurluğu yeni xəbərlər haqqında daim məlumatlı olmaq istəyi ilə birlikdə daim artacaq.
"Rəqəmli informasiya mənbələrinin sayının sürətlə artmasına cavan olaraq biz HTC-şirkətində innovasiyalı HTCBlinkFeed həllini işləyib hazırladıq. İstifadəçilərin dünya xəbərlərini və eyni zamanda sosial şəbəkələrdə olan məlumat axınlarını izləyə bilmələrini istədik. Eyni zamanda hər şey sürətli və intuitiv baxımdan aydın olmalı idi", deyə HTC-nin kontent və servis üzrə direktoru İv Le Jan qeyd etdi.
"HTCBlinkFeed funksiyasının yaradılması zamanı məhz aktual kontentin təqdim olunması amili çox vacib idi. HTC-nin yeni tədqiqatı bizim üçün elə əvvəlcədən aydın olan məsələni bir daha təsdiq etdi - qısa xəbərlərin mövcudluğu hərtərəfli məlumatlı olan cəmiyyətin formalaşmasına gətirir. Məhz buna görə HTC BlinkFeed funksiyası ötən ilin ən yaxşı smartfonlarından biri olanHTC One flaqmanın mövqelərini möhkəmləndirir: bütün seçilmiş kontent ani olaraq bir ekranda əks olunur. Cari ildə HTC mütəxəssisləri HTC BlinkFeed üçün mütləq yenilik təqdim edəcəklər. İstifadəçilər real zaman rejimində müxtəlif mənbələrdən olan yeni xəbərlərə giriş əldə edəcəklər", deyə İv Le Jan qeyd edir.