Dior şirkəti dünyanın istənilən ərazisini virtual ziyarət etmək mümkün olan DİOR GARDENS adlı sayt təqdim etdi. Bu saytda Fransadan Madaqaskaradək olan əraziləri virtual gəzmək olur.



Orada hansı bitkilərin bitdiyini və onların necə "Dior" kosmetik məhsullarının və ətriyyatının bir hissəsinə çevrildiyini müşahidə etmək olar. Şirkət həmçinin "Dior" ətriyyatının hazırlandığı çiçəklərə həsr olunmuş 8 dəqiqəlik reklam çarxı da təqdim etdi.