“Microsoft” korporasiyası azərbaycanlı İT-mütəxəssis Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxxəssis (“Most Valuable Proffesional” - MVP) adına layiq görüb.



“Microsoft” ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və “Microsoft” məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir.



Bu, “Microsoft” şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətinin bir hissəsidir. “Microsoft” bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsulları çatdırmaqda bir köməkdir. Bundan ruhlanaraq “Microsoft” bu mükafatı təsis edib.



20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdur. Bugün sözügedən rəqəm artıq 4000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkəni təmsil edir və ildə 10 mlrd. sualı cavablandırmaqla, 90-a yaxın “Microsoft” mükafatlarına layiq görülüblər. Ən dəyərli mütəxəssislər “Microsoft” məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olduqlarına da bələddirlər.



“Micrsosoft” bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul komandalırına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrin verməkləri üçün şərait yaradır. Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məmulat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.



Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, “Əhməd Yasəvi” Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. Technet.az layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, MCT (“Microsoft Certified Trainer”), MCSE (“Microsoft Certified System Engineer”) və VCP (“VMware Certified Professional”) sertifikatlarına layiq görülüb.




“Microsoft” haqqında:


1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri.



“Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.