Oreo şirkəti yeni layihə təqdim etdi. Şirkət, "Oreo" məhsullarını sevənlərə peçenye yeməyə yaradıcı yanaşma təklif edir. Şirkət "Snack Hacks" adlı reklam çarxı təqdim etdi. Bu reklam çarxında mətbəxdə işləmək bacarığı olan yaradıcı insanlar “Oreo”nun peçenyelərindən müxtəlif yeməklər hazırlayaraq yer aldı.
Layihədə Michael Voltaggio, Ink restoranlar şəbəkəsinin baş aşbazı Roy Choi, “Starry Kitchen”dən olan Nguyen Tran kimi məşhurlar iştirak etdi. Onların hər biri “Oreo” əsaslı orijinal birləşmələr hazırladı.
