Samsung indiyə qədər fərqli reaksiyalar alan ağıllı saatını "Gear Solo" ilə dəyişdirəcək. Ağıllı saatların ən böyük problemi hər zaman ağıllı telefonlarla ünsiyyətdə qalmaq məcburiyyətində olmalarıdır.


 


Əks halda "ağıllı" olmaqdan çıxan sadə bir qol saatı halına gəlirlər. Samsung indi də bu problemi ortadan qaldırmaq üçün telefon xüsusiyyətlərinə sahib, SİM kart taxılabilən Gear Solo modelini təqdim etməyə hazırlaşır.


 


Samsung artıq Koreya patent ofisində "Gear Solo" adını qeydiyyatdan keçirib. Gear Solo əvvəlcə Koreyada satışa çıxarılacaq və daha sonra dünyadakı reaksiya və tələbə baxılaraq digər ölkələrdəki satışı planlaşdırılacaq.