Google, texnoloji eynəyi olan “Glass” ilə böyük bir inqilab etməyə hazırlaşır. Ancaq qarşısında çətinlik var. Çünki şüşə və eynək mənasını verən "Glass" sözü o qədər ümumi bir sözdür ki, “Google”un bu sözü qeydiyyat etdirməsi son dərəcə çətin görünür.


 


Lakin ABŞ patent nüfuzluları “Glass” sözünü Google adına qeydiyyat etdirmək niyyətindədir. ABŞ patent nüfuzlularını narahat edən daha əvvəl adında “Glass” sözünü istifadə edən texnoloji məhsullarla yaşanacaq olan toqquşmadır.


 


Çünki “Microsoft”un da “SmartGlass” adlı bir məhsulu var. Onlar “Google” məhsulunda istifadə olunan “Glass” sözü eynək, stəkan, şüşə kimi məhsulların istehsalçılarına qarşı problem yaradıb yaratmayacağına da əmin ola bilmirlər. Bu qeydiyyatın patent ofisinin qarşılaşdığı ən çətin patent müraciəti olacağını təxmin etmək çətin deyil.