Nokia-nın yeni ağıllı telefonlarında artıq “Nokia” loqosu olmayacaq. Yeni logo isə Microsoft olacaq. Proqram nəhəngi “Microsoft”un radikal bir qərarla “Nokia”nı satın almasıyla birlikdə “Nokia”nın bir çox telefonunda Windows Phone əməliyyat sistemini görməyə başladıq. 


 


Ancaq əsl dəyişiklik yeni Nokia telefonların logosunda olacaq və yeni modellərdə illərdir gördüyümüz Nokia logosunu artıq görməyəcəyik. “Nokia” və “Microsoft”un iki nəhəng şirkət olması səbəbindən bəzi ölkələrdə satış edə bilmələri üçün bu ölkələrdən təsdiq alması lazımdır. “Nokia”nın yeni Lumia telefonlarında Nokia loqosu ortadan qalxacaq və yerini Microsoft logosuna buraxacaq.