Amerikalı internet nəhəngi "Google" ağıllı eynəyi "Google Glass"ı nəhayət bazara təqdim edəcəyini bildirdi. Bu həftə çərşənbə axşamı günü yalnız Amerikadakı “Google Playstore”da satılacaq eynəklər 1500 ABŞ dolları dəyərində olacaq.
İnternet nəhəngi “Google”un “ağıllı eynəyi" Aprelin 15-i Amerika bazarında satışa təqdim olunacaq. 1500 ABŞ dollar dəyərində olan eynəklər məhdud saydadır və hələlik test məqsədli olaraq sınanacaq.
Satış eyni gündə sona çatacaq. Yəni eynəklər yalnız 15 Aprel günü satılacaq. “Google”un ağıllı eynəyində kamera, rəqəmsal ekranla təchiz edilmiş vəziyyətdədir. Səs köməkçisi dəstəyinə sahib olan eynək ilə xəritə üzərindən naviqasiya proqramını istifadə etmək mümkündür. Bundan əlavə ağıllı eynəkdə fotoşəkil çəkmə, film izləmə və musiqi dinləmə imkanı da var.
