İntel, Red Peak agentliyi və Dalton Maag studiyası “Intel”in ilk və xüsusi yazı tipi "Clear" üçün birləşdi. Reklam çarxında yazı tiplərinin tarixinə qısa müddətli səyahətdən sonra izah olunur ki, 5 yaşlı uşaq və 80 yaşlı qocanın belə oxuya biləcəyi sadə yazı tipi seçmək lazımdır.
Şirkət “Clear”ə qədər çap üçün hazırlanmış “Neo Sans Intel”dən istifadə edirdi. Bu layihə üzərində bir il işlənmiş və ən “lakonik və təmiz” dizayn işinə sahib olunmuşdur. Nəticədə dairəvi küncləri sayəsində rahatlıqla oxuna bilən “İntel” logosu yarandı. Hal-hazırda Clear latın, kiril, çin və yunan əlifbası üçün uyğunlaşdırılmışdır. Daha sonra digər dillər də əlavə olunacaq.
