Monica Bellucci növbəti dəfə Dolce & Gabbana-nın siması oldu. Bu dəfə aktrisa məşhur markanın dodaq boyasını reklam etdi. Qeyd edək ki, aktrisanın poster üçün fotoşəkillərini məhz dizayner ikilisindən biri olan Domenico Dolce çəkmişdir.
Domenico ilk dəfə deyil ki, markanın reklam çəkilişlərində fotoqraf vəzifəsində iştirak edir.Çəkilişdə aktrisa markanın üç fərqli qırmızı, qara və bej rənglərinə sahib olan geyimində dodaq boyasını reklam etdi.




