Hər kəs “Titan Aerospace”i “Facebook” sosial şəbəkəsinin satın alacağını gözləyərkən onu sürpriz bir şəkildə “Google”un satın aldığı açıqlandı. “Facebook” sosial şəbəkəsinin bu satın alma ilə birlikdə internetin olmadığı bölgələrə interneti daşıyacağı düşünülürdü.
Lakin düşüncələrin əksinə şirkəti “Google”un satın aldığı açıqlandı. “Google”un bu alış üçün nə qədər ödədiyi hələlik açıqlanmayıb. İnternet nəhənginin İHA istehsal edən bir şirkəti satın alaraq hazırda icra etdiyi üç layihəyə dəstək olması planlaşdırılır.
“Project Loon” adlı layihəsi ilə hava balonları istifadə edərək simsiz giriş təmin edən və Titan Aerospace texnologiyasının bu layihəyə köçürüləcəyi düşünülürkən, digər tərəfdən “Google”un məşhur xəritə tətbiqi Google Maps və Google Earth xidmətləri üçün də bu günəş enerjili “İHA”ların istifadə edilə biləcəyi ehtimalı üzərində dayanmaq mümkündür. Üzərindəki günəş panelləri sayəsində 5 il havada qala bilən və 4 milyon kilometr mesafəni qət edə bilən insansız hava vasitəsi 20 km yüksəklikdə qala bilir. Ağırlığı 160 kiloqramdan çox deyil və eyni zamanda 32 kiloqram yük daşıma qabiliyyətinə sahibdir.
