adidas Originals yeni ZX idaman ayaqqabıları şərəfinə FLUX IT! layihəsini təqdim etdi. Layihənin rəsmi veb saytında arzu edənlər öz mövzusu əsasında video hazırlayaraq göndərə bilər.
Lakin bu videonu hazırlayan zaman sayta mövcud olan kompüter dizayn vasitələrindən istifadə etmək lazımdır. İştirak üçün layihənin saytını tapmaq və oraya şəxsi Instagram istifadəçi adınızı daxil etmək lazımdır.
Video çarxı Facebook, VKontakte və Twitter sosial şəbəkələrində paylaşmaq mümkündür. İstifadəçi həmçinin adidasın internet mağazasından 25 il öncə satışa təqdim olunan əfsanəvi adidas Originals ZX 8000 modeli əsasında hazırlanan “ZX Flux”in bəyəndiyi modelini almalıdır.

