“Facebook” sosial şəbəkəsi ödəniş xidmətiləri sahəsinə daxil olmağı planlaşdırır. Facebook, hesablararası pul köçürmələrini təşkil edərək, xüsusilə inkişaf edən bazarlarda böyüməyi hədəfləyir.
Hal - hazırda “Facebook” gəlirinin çoxunu səhifələrdəki reklamlar sayəsində qazanır. “Facebook” bu xidməti göstərmək üçün Londonda yerləşən pul transferi şirkətləri “TransferWise”, “Moni Technologies” və “Azimo” ilə danışıqlar aparır.