Elektron ticarət nəhəngi Amazon.com ağıllı telefon bazarına girməyə hazırlaşır. Şirkət ilk ağıllı telefonunu İyun ayında təqdim edəcəkdir. Amazon telefonlarının bazara çıxması isə payızda üçün nəzərdə tutulmuşdur.


 


Amazon telefon ekranın ətrafına yerləşdiriləcək dörd ədəd kameranın istifadəçinin göz hərəkətlərini izləyəcəyi, eynəyə ehtiyac olmadan  3 ölçülü görüntü imkanı təmin edəcəyi bildirilir. Amazon ilk etapda bazara 600 min ədəd telefon çıxarmağı planlaşdırır.