Google gələn il bazara çıxarmağa hazırlaşdığı modul (dəyişdirilə bilinən parçalardan ibarət) telefonlarının dizaynlarını paylaşıb. Telefonun hissələri istifadəçinin istəyinə görə dəyişdirilə bilinəcəkdir.
Google maraqla gözlənilən telefon layihəsinin detallarını paylaşıb. "Project Ara" adı verilən telefon Android əməliyyat sistemilə işləyəcək və istifadəçinin ehtiyacına görə ana bir çərçivəyə taxıb çıxara biləcəyi modullardan ibarət olacaqdır.
Telefonun 2015-ci ilin Yanvar ayında satışa çıxacağı gözlənilir.Bazara çıxacaq telefonun başlanğıc dəstinin qiymətinin 50 dollar olacağı bildirilib. Ancaq telefonun son satış qiymətinin nə olacağı hələ məlum deyil. "Project Ara"nın modul quruluşu sayəsində istifadəçilər telefonlarını istədikləri kimi fərdiləşdirə biləcəklər. Məsələn, dəqiq fotoşəkil çəmək istəyən bir istifadəçi telefonuna daha güclü bir kamera əlavə edə biləcək və yaxud uzun batareya ömürünə əhəmiyyət verən bir başqa istifadəçi telefonuna güclü bir batareya əlavə edə biləcəkdir.
