Sony Noyabr ayında bazara çıxardığı oyun konsolu “PlayStation 4”dən, Aprel ayının 6-dək 7 milyon ədəd sataraq illik satış hədəfini keçib. “Sony”, konsoldan bir illik müddətdə 5 milyon ədəd  satmağı planlaşdırırdı.


 


Beləliklə, şirkət satış hədəfinə  altı ay əvvəl çatmışdır. “Sony Computer Entertainment”in İcraçı direktoru  Andrew House, dünya  miqyasında tələbi ödəməkdə çətinlik çəkdiklərini söyləyib. “PlayStation”in bir nömrəli rəqibi “Microsoft Xbox One” isə 2013-cü ilin  sonuna qədər 3 milyon ədəd  satmışdı.