Sony Noyabr ayında bazara çıxardığı oyun konsolu “PlayStation 4”dən, Aprel ayının 6-dək 7 milyon ədəd sataraq illik satış hədəfini keçib. “Sony”, konsoldan bir illik müddətdə 5 milyon ədəd satmağı planlaşdırırdı.
Beləliklə, şirkət satış hədəfinə altı ay əvvəl çatmışdır. “Sony Computer Entertainment”in İcraçı direktoru Andrew House, dünya miqyasında tələbi ödəməkdə çətinlik çəkdiklərini söyləyib. “PlayStation”in bir nömrəli rəqibi “Microsoft Xbox One” isə 2013-cü ilin sonuna qədər 3 milyon ədəd satmışdı.
