Amerikalı internet nəhəngi "Google"  ağıllı eynəyi "Google Glass"ı nəhayət bazara təqdim etdi. İnternet nəhəngi “Google”un “ağıllı eynəyi" Aprelin 15-i Amerika bazarında satışa təqdim olundu.


 


Bu həftə çərşənbə axşamı günü yalnız Amerikadakı “Google Playstore”da satılan eynəklər yalnız 12 saat içində satılıb qurtardı. 1500 ABŞ dolları dəyərində olan eynəklər məhdud sayda idi. 


 


Satış üçün 24 saat müddət müəyyən edildiyi halda, böyük maraqla qarşılanan ağıllı eynəklər bu müddətdən əvvəl tükənib. Gələcək həftələrdə eynəklərin satışının yenidən təşkil ediləcəyi gözlənilir.