“Project Ara” adı daşıyan “Google”un modul smartfonuna həsr olunan ilk developerlər konfransı başa çatdı. Konfransda iştirak edən Project Ara rəhbəri Pavel Eremenko sualları cavablandırdı, smartfonun satışa çıxacağı tarix barədə məlumat verdi və həmçinin cihazın prototipini və bir neçə plaqin göstərdi.


 


Təəssüf ki, əldə olan prototip işlək deyil, lakin Project Ara barədə ümumi təəssürat verir. Belə ki, bu prototip, yalnız kamera və ya infraqırmızı sensorlar kimi modulların dəyişilə biləcəyini nümayiş etdirmir.


 


Eləcədə ekran və ön dinamikləri dəyişmək mümkün olacaq. Hər bir element “Google”a görə, bir neçə variantlarda təqdim olunacaq. Şirkət işlək prototipin bu ayın sonuna hazır olacaqın vəd edir. Smartfon 2015-ci ilin Yanvar ayında satışa təqdim olunacaq.