TrendForce şirkəti  2014 - cü ilin ilk rübünə görə smartfon bazarının nəticələrin təqdim edib. Bu dövrdə ağıllı telefonların qlobal tədarükü 1,13% artıb və 266,9 milyon qurğu təşkil edir.


 


Proqnozlaşdırıldığı kimi, satışa ən çox Samsung smartfonları təqdim olunub. Bazarın təxminən 30%-i Cənubi Koreya şirkətinin payına düşür. Bu mövzuda Appledan rəsmi məlumat yoxdur.


 


“TrendForce”un hesablamalarına görə 2014-cü ilin birinci rübündə dünya bazarında Amerika istehsalçısının payı azalıb və şirkət ikinci yerdə qərarlaşıb. İlk beşliyi Çin istehsalçıları Huawei, Lenovo və Xiaomi tutur. Xatırladaq ki, şirkət sonuncu 2014 - cü ilin ilk üç ayı ərzində 11 milyondan çox smartfon satıb.