Duracell və Grey London “2 boys in a boat” (qayıqda iki oğlan) layihəsi əsasında qısametrajlı film təqdim etdi. Film Atlantik okeanı qayıqla fəth edən iki gənc oğlandan bəhs edir.
Böyük Britaniyadan olan 21 yaşlı tələbələr Jamie Sparks və Luke Birch 5000 km yolu 54 gün ərzində qayıqla qət edərək yeni bir dünya rekordu müəyyən etdilər. Layihənin sponsoru Duracelldir.
Layihədən əldə olunan gəlir döş xərçəngi ilə mübarizə təşkilatı olan Breast Cancer Careyə verildi. Nəticədə nəzərdə tutulandan iki dəfə çox məbləğ əldə olundu. Atlantik okeanı qayıq ilə keçmək Dünyanın ən çətin işlərindən biri kimi hesab olunur. Yük gəmiləri, köpəkbalıqları, güclü külək və böyük 12 metr hündürlüyündəki dalğalar gənclərin qarşısına çıxan maneələr oldu. Onları Duracellin dirəyə bağlı simvolu olan “dovşan” müşayiət edirdi. Layihə “Duracell: The power to go further” (irəli getmək üçün güc)şüarı altında keçirildi.


